AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmran Xan azadlığa buraxıldı

  • + A
  • - A
  • 20-11-2024, 21:30

    İmran Xan azadlığa buraxıldı

    İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif “Təhrik-e-İnsaf” partiyasının qurucusu İmran Xanın zaminə buraxılması barədə qərar çıxarıb.

    Bu barədə "Dawn" qəzeti məlumat yayıb.

    Məlumata görə, məhkəmə İmran Xanı hər biri 1 milyon rupi (3611 dollar) olmaqla iki depozit şərti ilə girov müqabilində azad edib. Keçmiş baş nazir və həyat yoldaşı Büşra Bibi iyulun 13-də həbs edilib. Daha sonra keçmiş baş nazirin həyat yoldaşı girov müqabilində azadlığa çıxa bilsə də, əri həbsdə qalıb.

    Pakistanın keçmiş baş naziri və Büşra Bibi xarici hədiyyələrin qeyri-qanuni satılması ilə bağlı həbs olunublar. Onların arasında 7 ədəd Graff və Rolex saatları, o cümlədən 10 brilyant və qızıl-zinət əşyaları var. Bu əşyaların dövlət Toşaxana anbarında olmalı olduğu halda, cütlük tərəfindən satıldığı iddia edilir.

    Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR