AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP29-da tarixi razılaşma əldə edilib

  • + A
  • - A
  • 24-11-2024, 08:56

    COP29-da tarixi razılaşma əldə edilib


    COP29 Prezidentliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə razılıq əldə edib. Beynəlxalq ictimaiyyətin təzyiqləri ilə aparıcı Qərb ölkələri güzəştə getməli oldular. Eyni zamanda inkişaf etməkdə olan ölkələr də iddialarını yumşaltdılar.
    COP29 Prezidentliyi onu da qeyd edib ki, bugünkü nailiyyət qeyri-hökumət təşkilatlarının 10 ildən çoxdur davam edən aktiv əməkdaşlığı nəticəsində əldə edilib.
    Bu razılaşmanın Azərbaycanın sədrliyi ilə əldə olunması ölkəmizə, onun rəhbərliyinə etimadın nümayişi oldu.
    Bakıda ölkələr karbon kreditlərinin alqı-satqısı üçün qlobal bazar qaydalarına dair razılaşdılar. Bu da qlobal istiləşmə ilə mübarizə üçün yeni layihələr üçün milyardlarla dollar səfərbər etməyə imkan verəcək. Yeni qaydalara görə ölkələr bir biri ilə birbaşa karbon kreditləri ilə ticarət edə biləcəklər. Bu sövdələşmələrin şəffaf və hesabatlı olması üçün də mexanizmlər işləniləcək.
    Qrəb ölkələrinin iqlim maliyyələşdirilməsini siyasi məqsədlərə bağlamaq cəhdləri isə davam edir.
    Zaur İbrahimli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR