İsrail Baş naziri Benyamin Netanyahu ölkə rəsmiləri ilə təhlükəsizlik məsləhətləşmələri zamanı Hizbullahla əldə olunan atəşkəs razılaşmasını ilkin olaraq təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.
Belə ki, “Bununla belə, bəzi detallar hələ də müzakirə olunur ki, bu da məsələlər həll olunana qədər sövdələşməni təxirə sala bilər. Mənbələr bildirirlər ki, danışıqlar hələlik razılığa doğru müsbət istiqamətdə irəliləyir”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.