Pakistan Daxili İşlər Nazirliyi müxalif “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının rəhbərlik etdiyi polislə etirazçılar arasında ilkin toqquşmalardan sonra İslamabada ordu qüvvələrinin göndərildiyini elan edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Belə ki, “Daxili İşlər Nazirliyi Pakistan ordusunun İslamabada yeridildiyini açıqlayıb. Təhlükəsizlik qüvvələrinə iğtişaşçıları yerindəcə güllələmək də daxil olmaqla, ekstremal tədbirlər görməyə və təşviqatçılara, eləcə də iğtişaşçılara qarşı qətiyyətlə hərəkət etmək üçün ciddi göstəriş verilib”, - deyə məlumatda deyilir.
Həmçinin nazirlik həmçinin Pakistan ordusuna asayişi qorumaq üçün lazım bildiyi təqdirdə istənilən bölgədə komendant saatı tətbiq etmək səlahiyyəti verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.