Kiyev Polşanın Poznan şəhərindəki keçmiş Rusiya konsulluğunun binasını almaq niyyətindədir.
Azadmedia.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Belə ki, Sibiqa qeyd edib ki, Ukrayna Poznanı Polşada konsulluq fəaliyyətini genişləndirmək üçün mümkün yerlərdən biri hesab edir:
“Biz artıq Polşa tərəfinə müvafiq qeydlə rəsmi nota göndərmişik və təfərrüatı gözləyirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.