Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağdakı hadisələrin nəticələri diktə edir.
Bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda keçirilən Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.
O əlavə edib ki, KTMT Qarabağda Ermənistan üçün döyüşməməli idi, bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb.
"Qarabağ hadisələrinin özünəməxsus xüsusiyyətləri var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və təbii ki, Qarabağı öz perimetrinə daxil etməmişdi. Bu o deməkdir ki, Qarabağda baş verənlərin Ermənistanla heç bir hüquqi əlaqəsi yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini istəmək qəribədir", - deyə Putin bildirib.
Eyni zamanda, Putinin fikrincə, hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özünün seçmək hüququ var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.