Gürcüstanda vəziyyət yenidən gərginləşib. Hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi kütləvi etirazlara səbəb olub.
Gürcüstan iqtidarının Avropa və avroatlantik strukturlara qoşulması üzrə danışıqları dayandırması barədə qərarın etiraz edən insanlar küçələrə çıxıblar.
Maraqlıdır ki, etirazları ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən gürcü diplomatlar da dəstəkləyib. Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı birgə bəyanat imzalayıb.
Diplomatlar hökumətin avrointeqrasiyanı dayandırmaq qərarının Konstitusiyaya və milli maraqlara zidd olduğunu bildiriblər.
"Diplomat kimi bizim başlıca vəzifəmiz Gürcüstanın milli maraqlarını müdafiə etmək və Konstitusiyaya sadiqliyimizi qoruyub saxlamaqdır. Uzun illər ərzində diplomatiyamız Gürcüstanın Avropa və avroatlantik strukturlara qoşulması üçün hər cür səy göstərib, bu, gürcü xalqının iradəsi və tarixi seçimidir", - deyə bəyanatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.