Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hazırkı baş nazir Nikol Paşinyana hədələyici mesajlar göndərib.
Jurnalistlərə açıqlamasında Köçəryan deyib ki, Paşinyanın messencer vasitəsilə vəzifədən azad edilməsi barədə rəsmilərə məlumat verməsi cinayətlə bağlı açıq bəyanatlardır.
“Hakimiyyət dəyişikliyindən sonra nə olacağını görəcəksiniz”, - Köçəryan bildirib.
O, Paşinyanın kortejinə daxil olan avtomobilin hamilə qadını vuraraq öldürdüyü qəzanı da xatırladıb.
“Sürücü hətta işdən çıxarılmayıb. Yoxlasanız, əminəm ki, hətta bonus aldığı üzə çıxacaq”.
Sözügedən qəza 2022-ci il aprelin 26-da baş verib. Paşinyanın kortejində olan “Toyota Prado” markalı avtomobil Leo və Paronyan küçələrinin kəsişməsində 28 yaşlı hamilə Sona Mnatsakanyanı vurub. Hadisə şahidlərinin sözlərinə görə, kortejdə olan avtomobillərdən heç biri qadını vurduqdan sonra dayanmayıb. Həkimlər nə qadını, nə də uşağı xilas edə biliblər.
Xatrırladaq ki, Ermənistan Prokurorluğu eks-prezident Robert Köçəryana və Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamlar irəli sürüb. Onlar vəzifə səlahiyyətlərini sui-istifadədə və ya aşmaqda ittiham olunurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.