AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın bu bazalarında təhdidlər fonunda lazımi təhlükəsizlik tədbirləri görülüb - İqor Korotçenko

  • + A
  • - A
  • 29-11-2024, 20:20

    Rusiyanın bu bazalarında təhdidlər fonunda lazımi təhlükəsizlik tədbirləri görülüb -



    Rusiyanın Suriyadakı Xmeymim və Tartus bazalarında təhdidlər fonunda lazımi təhlükəsizlik tədbirləri görülüb.

    Azadmedia.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

    “Müxalifətin fəallaşmasına gəlincə, təəssüf ki, bu terror təhlükəsi həmişə yaxındır. Güman edirik ki, əvvəldən lazımi təhlükəsizlik tədbirləri görülüb. İlk növbədə, eskalasiya açıq şəkildə ABŞ-ın Rusiyaya və onun regiondakı maraqlarına təzyiq etmək üçün əlavə gərginlik nöqtəsi yaratmaq cəhdləri ilə bağlıdır. ABŞ Prezidenti Baydenin hakimiyyətdən gedən administrasiyasının Ukraynadakı münaqişəni gərginləşdirmək, eyni zamanda dünyanın başqa yerlərində Rusiyanın maraqlarına gərginlik nöqtələri yaratmaq üçün sinxronlaşdırılmış səylərini görürük. Suriya silahlı müxalifətinin hərəkətlərinin intensivləşməsi həm də ABŞ kəşfiyyat xidmətlərinin onu koordinasiya etmək və lazımi vaxtda aktivləşdirmək imkanı ilə bağlıdır. Bu şəraitdə qanunsuz silahlı qruplaşmalara qarşı mübarizənin əsas yükünü Prezident Əsədin Suriya hökumət ordusu çəkməlidir. İmkanlarımıza gəlincə, lazım gələrsə, təbii ki, Xmeymim aviabazasındakı potensialımızdan və orada Rusiya aerokosmik qüvvələrinin aviasiya qrupundan istifadə edərək, yüksək dəqiqlikli hava zərbələri endirməklə müvafiq dəstək verə bilərik”, - o bildirib. Axaraz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR