İsrail hərbçiləri Livanın cənubunda "terror fəaliyyəti" və "səyyar reaktiv yaylım atəşi qurğusunun hərəkətini" aşkar edib, bundan sonra bölgəyə hava zərbəsi endirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, "Bir müddət əvvəl Livanın cənubunda terror fəaliyyəti və Hizbullahın mobil raket buraxılış qurğusunun hərəkəti təsbit edilib, təhlükə İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi ilə dəf edilib”, - deyə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.