Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib.
Bu barədə o, “Sky News”a müsahibəsində deyib.
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO üzvlüyünə verə bilərik”, - deyə o qeyd edib.
Bundan sonra o, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir təklifi yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.
V. Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub. “Strana” nəşri qeyd edib ki, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.