AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsəd rejimi Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb - Bəyanat

  • + A
  • - A
  • 1-12-2024, 22:19

    Əsəd rejimi Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb -


    Suriya Prezidenti Bəşər Əsədin müxtəlif siyasi qüvvələrlə danışıqlar aparmaq istəməməsi ölkədə müxalif qrupların hücumuna səbəb olub.

    Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    “Suriyada baş verən son hadisələr fonunda biz bütün tərəfləri daha çox əzabın, həssas insanların yerdəyişməsinin və mühüm humanitar yardımın çatdırılmasında fasilələrin qarşısını almaq üçün mülki insanların həyatını və infrastrukturu qorumağa çağırırıq. Biz suriyalıların özlərinin də iştirak etdiyi münaqişənin siyasi həllinə çağırışımızı təkrar edirik.
    Əsəd rejimi siyasi proseslərə qoşulmaqdan davamlı imtina edərək Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb. Rejim və Suriyadakı münaqişənin bütün iştirakçıları BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələb etdiyi kimi, danışıqları dəstəkləməli və danışıqlarda iştirak etməlidir”, - bəyanatda vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR