İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətlər Suriya böhranı ilə bağlı addım atmağa və ABŞ və İsrailin vəziyyətdən istifadə etməsinə imkan verməməyə çağırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Pezeşkian İran parlamentində bugünkü çıxışında bildirib.
Belə ki, təkfirçi terrorçuların Suriya torpaqlarına təcavüzünün ABŞ və Avropa ölkələri tərəfindən dəstəkləndiyini vurğulayan Pezeşkian deyib:
“Bu hərəkətlər Amerika və Avropa silahlarından istifadə etməklə həyata keçirilir. Ümid edirik ki, müsəlman ölkələr müdaxilə edəcək və Amerika və İsrailin Suriyadakı bu daxili münaqişədən sui-istifadə etməsinə mane olacaqlar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.