ABŞ ordusu Suriyada Rusiya ilə əlaqə kanalını aktivləşdirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
Belə ki, “Bu təmaslarla bağlı təfərrüata varmayacağam, yalnız onu qeyd edim ki, potensial səhv hesablamaların qarşısını almaq üçün bu əlaqə mexanizmimiz var. Yenə də vəziyyəti izləməyə davam etdikcə regionun digər ölkələri ilə əlaqə saxlamağa davam edəcəyik”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.