AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib, polislə müxalifət arasında toqquşma olub

  • + A
  • - A
  • Dünən, 19:33

    Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib, polislə müxalifət arasında toqquşma olub

    Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib, helikopterlər isə səmada patrul fəaliyyətinə başlayıb.

    Bunu ordu generalı Pak An Su bildirib.

    Onun sözlərinə görə, artıq parlamentin binası qarşısına toplaşan müxalifət tərəfdarları ilə polis arasında toqquşmalar qeydə alınıb.

    Bu arada, ölkənin müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb.

    Qeyd edək ki, ölkənin Konstitusiyasına əsasən qanunverici orqan səs çoxluğu ilə hərbi vəziyyətin ləğvi barədə qərar qəbul etsə, dövlət başçısı onun icrasını təmin etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR