Cənubi Koreya Prezidenti Yun Sok Yol administrasiyasının rəhbərləri, o cümlədən onun baş katibi ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Prezident administrasiyasının yüksək rütbəli üzvləri, o cümlədən baş katib dekabrın 4-ü səhər kollektiv şəkildə istefaya getdiklərini bəyan ediblər”, - nəşr yazır.
Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol bundan əvvəl Şimali Koreya tərəfdarı olan qüvvələri təmizləmək və liberal konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyətin tətbiq edildiyini açıqlamışdı.
Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Ölkə parlamenti də öz növbəsində iclas keçirərək hərbi vəziyyətin ləğvinə səs verib. Müvafiq məzmunlu qətnaməni tədbirdə iştirak edən 190 deputatın hamısı dəstəkləyib. Daha 110 deputat müzakirədə iştirakdan imtina edib.
Yun Sok Yol daha sonra bəyan edib ki, o, qarşıdakı kabinet iclasında ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.