Prezident İlham Əliyev Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Əliyev Fikrət Əhmədəli oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Seyidzadə Dilarə Bağır qızı
Şadlinski Vaqif Bilas oğlu.
Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.