Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Daçe Rutka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın mədəni irsinin dağıdılmasına etiraz edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Belə ki, Rutkaya Rusiya hökumətinin kəskin etirazı bildirilib:
"Rutkaya bildirilib ki, latviyalı rusofobların yuxarıda qeyd olunan qərəzli hərəkətləri dərin əxlaqsızlıqdır və sivil dünyada qəbuledilməzdir".
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, Rusiya tərəfi YUNESKO və digər müvafiq beynəlxalq qurumları bu cür vəhşi hərəkətləri pisləməyə çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.