AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva və Tehran arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib - XİN

  • + A
  • - A
  • 6-12-2024, 23:41

    Moskva və Tehran arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib -


    Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko ilə İran İslam Respublikası xarici işlər nazirini siyasi məsələlər üzrə müavini M.Taxt-Rəvançi arasında məsləhətləşmələr keçirilib.

    Azadmedia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

    Bildirilib ki, ikitərəfli gündəlikdəki cari məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya-İran qarşılıqlı fəaliyyətinin ticarət-iqtisadi komponentinə, nəqliyyat və enerji sahələrində iri birgə infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

    Müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki yoxlanılıb.

    Moskva və Tehran arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR