AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi oldu - Fuat Oktay

  • + A
  • - A
  • 7-12-2024, 18:01


    Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi oldu -


    "Dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində XXI əsrdə də tarix yazmağa davam edirik. Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir".

    Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

    Belə ki, “2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub. 44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub. Şuşa Bəyannaməsi təkcə müttəfiqlik əlaqəsi deyil, eyni zamanda, münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir. Həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda nümayiş etdirdiyimiz qardaşlıq və həmrəylik iradəsi ortaq gələcəyimizin təminatıdır”, - deyə Fuat Oktay qeyd edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR