Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa Birliyi (AB) üzvlüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib.
Belə ki, “Ermənistanın Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırıb. Yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq”, - deyə deputat qeyd edib.
Həmçinin Xzmalyan əlavə edib ki, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.