AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib - Rusiya XİN

  • + A
  • - A
  • 8-12-2024, 16:47

    Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib -


    Prezident Bəşər Əsəd Suriya ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

    Belə ki, "Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib", - deyə XİN məlumatda bəyan edib.

    Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” bu gün Suriya paytaxtı Dəməşqi nəzarətə götürüb və Əsəd rejiminin devrildiyini rəsmən elan edib. İraq Baş naziri Məhəmməd Qazi əl-Cəlali müxalifətlə əlaqə yaratdığını və hakimiyyəti ötürməyə hazır olduğunu bildirib.

    Bəşər Əsədin harada olduğu isə bilinmir. Onu Suriyadan aparan Rusiya İl-76 təyyarəsinin qəzaya uğradığı və Əsədin öldüyü xəbərləri də yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR