AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin Suriya ilə sərhəddəki bufer zonasını ələ keçirməsi ölkənin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır - Misir XİN

  • + A
  • - A
  • 9-12-2024, 18:37


    İsrailin Suriya ilə sərhəddəki bufer zonasını ələ keçirməsi ölkənin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır -

    İsrailin Suriya ilə sərhəddəki bufer zonasını ələ keçirməsi ölkənin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

    Azadmedia.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Belə ki, "İsrailin Suriya ilə sərhəddəki bufer zonasını ələ keçirməsi Suriya ərazisinin işğalı, ölkənin dövlət suverenliyinin və 1974-cü il müqaviləsinin (İsrail və Suriya sərhədində yerləşən BMT administrasiyası nəzdində demilitarizasiya olunmuş bufer zonasının yaradılması haqqında sənəd - red.) kobud şəkildə pozulmasıdır", - deyə Misir XİN-in bəyanatında bildirilib.

    Həmçinin Misir XİN BMT Təhlükəsizlik Şurasını və digər ölkələri Suriyanın bütün ərazisi üzərində suverenliyini bərpa etmək üçün tədbirlər görməyə çağırıb.

    Qeyd edək ki, İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer-zonaya yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR