İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Dohada keçirilən danışıqlarda Fələstinin radikal “HƏMAS” hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə irəliləyiş əldə edilib.
Bu barədə “Walla” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs qeyd edib ki, Dohada aparılan danışıqlar zamanı irəliləyiş əldə edilib və Barnea Qətərdən sövdələşmənin mümkün olduğuna dair müsbət hisslə qayıdıb.
Qeyd edək ki, Livanda əldə olunan atəşkəsdən sonra Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə “HƏMAS”la razılaşmaya dair danışıqlar yenidən başlayıb. Son regional hadisələr isə danışıqlara yeni təkan verib və rəsmilər razılıqların əldə olunacağına nikbindirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.