Solçu "Əyilməz Fransa” partiyası Baş nazir Fransua Bayrunun başçılıq etdiyi yeni hökumətə etimadsızlıq göstərəcəyini elan edib.
Bu barədə partiyanın parlament fraksiyasının lideri Matilda Pano "X" sosial şəbəkəsində yazıb.
Mişel Barnyenin rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabineti məhz etimadsızlıq votumu səbəbindən istefa vermək məcburiyyətində qalmışdı.
"Deputatların iki seçimi olacaq: Fransa Prezidenti Emmanuel Makronu dəstəkləmək və xilas etmək ya da senzura. Biz öz seçimimizi etmişik", - o bildirib.
Qeyd edək ki, Makron mərkəzçi "Demokratik Hərəkat" (MoDem) partiyasının lideri Fransua Bayrunu baş nazir təyin etməyi qərara alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.