İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri bu gün xarici işlər naziri Abbas Arakçı ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Belə ki, Səfir Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra baş verən son hadisələr, o cümlədən Dəməşqdəki səfirliyin və Suriyadakı digər diplomatik və konsulluq qurumlarının təhlükəsizliyinin təmin edilməsi üçün görülən tədbirlərlə bağlı XİN başçısına hesabat təqdim edib.
Həmçinin Arakçı səfirə İranın milli təhlükəsizliyi və maraqlarını təmin etmək, Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək, regional təhlükəsizlik və sabitliyi qorumaq üçün Suriyada baş verən prosesləri daim və yaxından izləməyin vacibliyini tövsiyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.