ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
Azadmedia.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Belə ki, o bildirib ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda 20-yə yaxın vəzifəli şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib.
Həmçinin "Yaxın həftələrdə digər tədbirlər görəcəyik”, - deyə Miller vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.