İsrail Baş naziri Benyamin Netanyahu Suriyada işğal edilən bölgədə yer alan Hermon dağına səfər edib.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrail hökumətinin məlumatında deyilir.
Belə ki, Netanyahunu müdafiə naziri, Baş Qərargah rəisi və digər vəzifəlilər müşayiət edib.
Qeyd edək ki, Netanyahu buradan verdiyi açıqlamada İsrail ordusunun ehtiyac olduğu müddətcə Suriya ərazilərində qalacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.