Prezident Vladimir Zelenski Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun ideyasına qoşulmaq təklifi ilə Avropa Birliyi liderlərinə müraciət edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının məlumatında deyilir.
Belə ki, “Biz bu zəmanətlər çərçivəsində Fransanın Ukraynadakı hərbi kontingentlə bağlı təşəbbüsünü dəstəkləyirik və digər tərəfdaşları bu səylərə qoşulmağa çağırırıq, bu, müharibənin sona çatmasına kömək edəcək”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.