“Kölgə MKİ”nin analitikləri hesab edirlər ki, 2025-ci ildə Ermənistan ABŞ-ın dəstəyindən məhrum olacaq. Tramp administrasiyası Azərbaycanla münasibətlərə üstünlük verəcək.
Bəzən “kölgə MKİ” də adlandırılan Amerikanın özəl kəşfiyyat və analitik şirkəti “Stratfor” 2025-ci ildə Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı ilə bağlı proqnozunu dərc edib.
Stratfor politoloqları hesab edirlər ki, bu il Bakı və İrəvan sülh sazişinə doğru irəliləməkdə davam edəcək, lakin sazişin imzalanmasına Ermənistanda konstitusiya dəyişiklikləri və iki dövlətin sərhədinin tam demarkasiyası ilə bağlı təfərrüatlar ətrafında fikir ayrılıqları mane olacaq. . Həmçinin regionda tranzit əlaqələrinin açılması ilə bağlı problemlər yarana bilər. Müqavilə imzalanana qədər Cənubi Qafqazda vəziyyətin gərginləşməsi ehtimalı olacaq.
Rusiya ilə münasibətlər həm Azərbaycanda, həm də Ermənistanda sabit olacaq. Eyni zamanda, Ermənistan xaricdən dəstək axtaracaq, lakin onu ABŞ-dan ala bilməyəcək Prezident Donald Tramp administrasiyası Azərbaycanla möhkəm münasibətlərə üstünlük verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.