AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Nərimanov rayonu üzrə seçki qərargahının iclası keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 20:50

    Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Nərimanov rayonu üzrə seçki qərargahının iclası keçirilib -


    Bakı, 8 yanvar — Azadmedia.az


    Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Nərimanov rayonu üzrə seçki qərargahının iclası keçirilib.

    İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, indiyə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. E. Quliyev vurğulayıb ki, Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmi şəkildə start verilib. Təşkilat sədri seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair görüləcək işlər haqda qərargah üzvlərinə məlumat verib.
    İclasda çıxış edən qərargah üzvlərindən Milli Məclisin deputatları Hikmət Məmmədov, Samir Vəliyev, həmçinin qərargah üzvü Ağaəli Hüseynov və digərləri ötən dövrdə bələdiyyələrin fəaliyyəti və həyata keçirilən mühüm işlərlə bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki, bələdiyyələr yerli demokratiyanın inkişafında böyük rol oynayır. Bu baxımdan, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də vacib əhəmiyyətə malikdir.
    Tədbirin davamında YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək işlər müzakirə olunub.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR