"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda qarışmaqda ittiham etməsi dövlətimizə qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Jan-Noel Barro bu cür qərəzli fikirlər səsləndirməklə əslində Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etməyə çalışır:
"Fransa nəyinki dənizaşırı ərazilərə hətta Cənubi Qafqazda regional məsələlərə qarışaraq Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmaqdadır. Yaxşı olar ki, Fransanın Azərbaycanı şantaj etmək əvəzinə bir neçə ay öncə güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoysun. Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir, səsləndirdiyi qərəzli fikirlərinə görə ölkəmizdən üzr istəməsini tələb edirik".
Deputat vurğulayıb ki, Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb:
"Fransanın Azərbaycana qarşı bütün həmlələri hər zaman uğursuz olub. Bundan sonra da elə olacaq. Fransa rəhbərliyinin regionda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin regiondakı nüfuzuna ciddi zərbə vurdu. Bu gün Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü və suverenliyni tam təmin etməsi Fransanı narahat edir. Çünki Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Fransanın Cənubi Qafqaza təsir gücünə zərbədir. Ona görə də Paris Ermənistandan alət kimi istifadə edir, onu silahlandırmaqla regionda yeni müharibəni başlatmağa çalışır. Ümid edirik ki, Ermənistan rəhbərliyi tezliklə bunun fərqinə varacaq, Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanması istiqamətində lazım olan bütün addımları atacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.