AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb

  • + A
  • - A
  • Bu gün, 15:05

    Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb

    2024-cü ildə Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 11.3 milyon manat, icbari sığorta növləri üzrə 341 milyon 856 min manat sığorta haqqı toplanılıb.

    “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 13.9% və ya 123 milyon 196 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2.2% və ya 7 milyon 423 min manat artıb.

    Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği illik müqayisədə 27.9% artaraq 613 milyon 16 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 29.3% artaraq 139 milyon 696 min manata bərabər olub.

    Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 60.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ildə 54 manata bərabər olub. 2024-cü ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 40.9 manat təşkil edib ki, bu göstərici əvvəlki ildə isə 32.3 manata bərabər idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR