Yardımlıda "fındıqpulu" qalmaqalı böyüyür - İcra başçısı "endirim edib"
Redaksiyamıza Yardımlıda yerli idarə və müəssisə rəhbərlərindən rayonda fındıqçılıq təsərrüfatının yaradılması, inkişafı üçün pul toplanılması "kampaniyasının" yeni məcraya yön aldığı haqda informasiyalar daxil olub. DİA.AZ xatırladır ki, bir neçə gün əvvəl Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun adından qeyd olunan müəssisə və idarələrdən 4 min manatdan pul toplanıldığı haqda xəbəri təqdim etmişdik.
İndi isə dia.az-a yazan Yardımlı sakinləri bildirir ki, artıq icra başçısı qeyd olunan məbləğdə endirim də edib və artıq 4 min manatdan yox, 500 manatdan pul toplanılır. Redaksiyamızın elektron poctuna göndərilən müraciəti olduğu kimi təqdim edirik:
"Salam Yadımlı rayonundan yazırıq Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov Yene Fındıqcılığın unkişafı üçün idare müəssələrdən bu dəfə 4000 min manatdan düşülüb 500 manat ərazi dairəlrədindən pul tələb edir.Belə ki bu dəfə öz əliylə yox Yardımlı rayon Azpoctun rehbəri Anar Əkbərova tapciriq verdirib ki bu dəfə pulu sən yığ burdan rabitı və infarmasiya naziri cənab Ramin Quluzadədən sorusmaq isdəyirik Anar Əkbərov Fındıq yığmaq ucun oturub Azpoct rehberi.Bele ki dunenden yene İcra Hakimyyətinin Başçısı Ayaz Əsgərov,birinci muavin Azər Xamıyev ,Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsimüdirinin müaviniElçin Adil oğlu Mirzəyev ve bu defede Yardımlı Azerpoctun muduru Anar Əkbərov qosulub.Burdan Cənab Prazidentimizie.Azərbaycan rezpublikasının 1 vice –prezidenti Mehriban xanəm Əliyevaya,Prezident Admistrasiyasının sediri cənab Razmiz Metiyev və Rabitə və Yüksək Texnalogiyalar Naziri cənab Ramin Quluzadeden xahiş edirik ki Yardımlıda Ayaz Əgərov və başına yığığı bu memurlar barede bir tedbir görülsün.Ayaz Əsgərov deyir ki bu yuxarıdan deyilib hara şikayet edirisiz edin o pulu iszdən alacam.Fındıqcılığı inkişaf etdirmək deiyl pul yığmağın yeni metodudur".
Qarşı tərəfi də dinləməyə hazırıq...