AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ayaz Əsgərov tapşırıb ki..." - Yardımlıdan şikayət

  • + A
  • - A
  • 9-02-2017, 10:53

    Dünən Yardımlıda fındıqçılığın inkişafı adı altında yerli idarə çalışanlarından pul yığılması ilə bağlı göstərişin verildiyi haqda informasiya vermişdik. Narazı sakinlər bildirirdilər ki, hər bir yerli idarə işçisindən icra hakimiyyəti tərəfindən 43 manatdan, idarələrdən isə 4000 manat tələb olunur.

    Bu gün Yardımlıdan dia.az-a yeni şikayət daxil olub. Mövzu isə eynidir. Narazı sakinlər redaksiyamızın elektron poçtuna yazır:

    "Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov tapşırıb ki, yerli idarələrdə çalışan işçilər 1 aylıq vəzifə maaşlarını, ya da bayramlarda verilen "premya"larını icra hakimiyyətinə versin. Və fındıq tingləri alınmaq üçün bu addım atılıb. Yardımlıda fındıqcılıq inkişaf edirilsin.

    Axı bu gun gözunu 1 aylıq maaşına dikən yazıq vətəndaş nə etsin. Belə bir şərt də qoyublar: ya əməkhaqqının 1 ayı veriləcək, ya da ki işdən azad olunaqcaqlar.

    Təhsil sahəsində çalışanların hər birindən 43 manat, Səhiyyə işçilərindən hər bir işçidən 43 manat, Mədəniyyət işçilərinin hər birindən 43 manat... İnzibati Ərazi Dairələrinə tapşırıb ki, 90 nəfər kənd sakinləriylə birlikdə 43 manat yığılmalıdır. Tapşırılıb ki, əgər pulu yığa bilməsə, ərazi nümayəndəliyi öz cibindən 4000 manat pulu verməlidir.

    Xahiş edirik, heç bir rayonda belə bir şey yoxdur. Yardımlı rayonunda niyə belə bir tələb qoyulub. İnanırıq ki, bir həlli yolu tapılacaqdır".

    Qarşı tərəfi də dinləməyə hazırıq...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR