AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bloomberg": ABŞ Asiya-Sakit okean regionunda hegemonluğunu itirib

  • + A
  • - A
  • Bu gün, 09:13

    "Bloomberg":  ABŞ Asiya-Sakit okean regionunda hegemonluğunu itirib

    ABŞ artıq Asiya-Sakit okean regionunda hegemon statusunu itirib.

    Bu qiymətləndirməni "Bloomberg" agentliyi aparıb.

    Nəşr qeyd edir ki, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri sayca ABŞ Hərbi Dəniz Qüvvələrini geridə qoyub. Agentlik xatırladır ki, Çin tez bir zamanda yeni təyyarə, raket və digər hərbi texnika modellərini istifadəyə verir və Pekinin hərbi gücü sentyabrın 3-də keçirilən genişmiqyaslı hərbi parad zamanı dünyaya nümayiş etdirilib.

    "Bloomberg" əlavə edir ki, ABŞ-nin regiondakı müttəfiqləri Vaşinqtonu etibarlı tərəfdaş kimi görməkdən əl çəkiblər. Agentlik qeyd edir ki, ABŞ-nin Prezident Donald Tramp dövründə apardığı siyasət Avstraliya və Yaponiyanı bir-birinə daha da yaxınlaşdırıb və onlar indi ikitərəfli əməkdaşlığı gücləndirməyə üstünlük verirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR