AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda televiziya ən çox nə verilişləri hazırlanır?

  • + A
  • - A
  • 21-04-2025, 18:38

    Azərbaycanda televiziya ən çox nə verilişləri hazırlanır?


    Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

    Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında cari ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

    22,9% - informasiya və analitik proqramlar

    15,7% - idman proqramları

    15,7% - musiqi və əyləncəli proqramlar

    14,1% - bədii filmlər və seriallar

    11,3% - reklam məzmunlu materiallar

      8,6% - mədəni-maarif janrında proqramlar

      3,7% - anonslar, elanlar

      2,9% - sənədli film və materiallar

      2,9% - sosial proqramlar

      1,2% - sosial çarxlar

      1,0% - uşaq proqramları və cizgi filmləri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR