AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Çin ABŞ ilə qarşılıqlı rüsumların azaldılması haqqında sazişi tamamilə pozub

  • + A
  • - A
  • 30-05-2025, 17:49

    Tramp: Çin ABŞ ilə qarşılıqlı rüsumların azaldılması haqqında sazişi tamamilə pozub

    Çin ABŞ-nin yüksək rüsumları tətbiq etməsindən sonra Çin iqtisadiyyatını iflasdan xilas etmək üçün bağlanmış ticarət sazişini pozub.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

    "Çin ağır iqtisadi vəziyyətdə idi. Mənim tətbiq etdiyim rüsumlar onun dünyanın ən böyük bazarı olan ABŞ ilə ticarət etmək imkanını əlindən alıb", - o qeyd edib.

    D.Trampın sözlərinə görə, məhdudiyyətlər Çində fabriklərin kütləvi bağlanmasına və "vətəndaş iğtişaşlarına" səbəb olub. ABŞ Prezidenti iddia edib ki, bu böhranın dərinləşməsinin qarşısını almaq üçün Pekinlə təcili sövdələşmə bağlayıb.

    "Bu sövdələşmə sayəsində hər şey tez sabitləşdi və Çin normal həyata qayıtdı. Hamı xoşbəxt idi! Bu yaxşı xəbərdir. Pis xəbər isə odur ki, Çin, indi sazişi tamamilə pozub", - o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR