AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətər XİN: İsrail İrana hücumla Qəzza ilə bağlı danışıqlar prosesini pozub

  • + A
  • - A
  • 17-06-2025, 19:04

    Qətər XİN: İsrail İrana hücumla Qəzza ilə bağlı danışıqlar prosesini pozub

    İran-İsrail müharibəsi Qəzza zolağındakı münaqişənin həlli üzrə danışıqlarda əldə edilmiş irəliləyişi pozdu.

    Bu barədə Qətərin Baş nazirinin müşaviri, XİN-in rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.

    "Qəzza zolağında mümkün atəşkəsin qiymətləndirilməsindən söhbət gedəndə biz İran və ABŞ, həmçinin HƏMAS və İsrail arasında müsbət dinamika müşahidə etdik. Bu dinamika İsrailin İrana hücum etməsi ilə pozuldu, buna görə də bu müsbət trayektoriyaya qayıtmağın yeganə yolu regionda gərginliyə son qoymaq və diplomatik qarşılıqlı əlaqənin bərpası üçün yollar tapmaqdır. Bu, hazırda məşğul olduğumuz məsələdir", - o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR