AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda iki avtomobil toqquşub, 1 ölü, 5 yaralı var

  • + A
  • - A
  • Dünən, 09:43

    Bakıda iki avtomobil toqquşub, 1 ölü, 5 yaralı var

    Bakıda iki avtomobil toqquşub.

    Sabunçu rayon ərazisində1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi “Skoda Rapid” markalı avtomobilin toqquşub.

    Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb. Həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdiriliblər.

    Faktla bağlı cinayət işi başlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR