Ermənistan Avropa İttifaqının (Aİ) üzvü olmaq istəyir.
Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Avropalı həmkarlarımız Ermənistanda qəbul edilmiş Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanunun ölkənin Aİ üzvü olmaq istəməsi anlamına gəlib-gəlmədiyini soruşurlar. Cavabım belədir: Bəli, Ermənistan Aİ-nin üzvü olmaq istəyir", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, görüşlər və müzakirələr zamanı Ermənistan və Avropa tərəfləri bunun asan bir proses olmadığını qeyd ediblər.
"Birincisi, bütün Aİ üzvləri buna razılıq verməlidir, ikincisi, ölkə Aİ standartlarına uyğun olmalıdır", - Paşinyan qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.