AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var

  • + A
  • - A
  • Bu gün, 09:30

    Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var

    Türkiyənin Sakarya vilayətinin Erenler rayonunda iki ailədən olan 6 nəfər arasında silahlı insident olub.

    İnsident zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb.

    Qeyd edilir ki, hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb edilib. Xəsarət alan 4 nəfər təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, onlardan ikisi aldıqları xəsarətlərdən ölüblər.

    Yaralılardan daha birinin vəziyyətinin ağır olduğu, digərinin isə həyatı üçün təhlükənin olmadığı bildirilir.

    Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirən jandarm əməkdaşları hadisə yerindən qaçan iki şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR