AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, ABŞ geri qayıdacaq

  • + A
  • - A
  • Bu gün, 08:53

    Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, ABŞ geri qayıdacaq

     
    ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, ABŞ İranı yenidən vura bilər.

    Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

    “Yaxşı, biz İranın nüvə silahı əldə etməsinin qarşısını alaraq Yaxın Şərqdə müharibələri dayandırdıq”, - Tramp qeyd edib.

    "Onlar hər şeyə yenidən başlayacaqlarını söyləyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli bir addım olardı, çünki biz geri dönəcəyik. Onlar başlayan kimi biz geri qayıdacağıq. Məncə, onlar bunu başa düşürlər", - ABŞ prezidenti yekunlaşdırıb.

    Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə (Fordo, Natanz və İsfahanda) hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-ın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR