AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ fələstinlilərə viza verilməsini dayandırıb

  • + A
  • - A
  • Bu gün, 09:30

    ABŞ fələstinlilərə viza verilməsini dayandırıb

    ABŞ fələstinlilərə geniş çeşiddə vizaların verilməsini dayandırıb.

    Bu haqda “New York Times“ ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

    "Tramp administrasiyası Fələstin pasportu sahibləri üçün demək olar ki, bütün ziyarət vizalarının təsdiqini geniş şəkildə dayandırmaq qərarına gəlib.", - məlumatda deyilir.

    Qeyd olunur ki, Dövlət Departamenti müvafiq tədbirlər barədə ABŞ-ın bütün səfirlik və konsulluqlarını məlumatlandırıb.

    Qərar müalicə, universitet təhsili, dost və qohumların ziyarəti, işgüzar səfərlər üçün ola bütün vizaları əhatə edir.

    Qərarın konkret nə ilə bağlı olduğu haqda isə məlumat verilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR