AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 15:48

    Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb


    Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Fransa, Britaniya, Almaniya və İran xarici işlər nazirlərinin nüvə probleminin diplomatik yolla həlli ilə bağlı telefon danışığına qoşulub.

    Bu barədə K.Kallas mətbuat konfransında bildirib.

    "İranın nüvə probleminin diplomatik həll yolunun axtarışı üçün pəncərə çox sürətlə bağlanır. İrana qarşı beynəlxalq sanksiyaların bərpasına bir neçə həftə qalıb", - o qeyd edib.

    K.Kallasın sözlərinə görə, İran "Avroüçlük" ölkələrinin tələblərinin təmin edilməsi istiqamətində inandırıcı addımlar atmalıdır.

    "Bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) hərtərəfli əməkdaşlıq və bütün nüvə obyektlərinin yoxlanılmasına icazə verilməsidir", - o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR