Bu gün səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar FHN-nin 112 qaynar xəttinə çağırış daxil olub. Çağırışla əlaqədar hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə qüvvələri və texnikaları cəlb edilib. Binanın şaxtasından 22-ci mərtəbəsinədək şaxta naqilləri yanıb, yanğın məhdudlaşdırılıb.
Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğındöndürmə Qərargahının əməliyyat növbətçisinin köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov bildirib. Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Binanın 12-si azyaşlı olmaqla, 44 sakini xilas edilib.
FHN təmsilçisi bildirib ki, hadisə zamanı 4 nəfərin tüstüdən zəhərlənməsi ilə bağlı təcili tibbi yardıma müraciət edib.
Yanğının baş vermə səbəbi araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.