ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və iş adamı, ABŞ Prezidentinin keçmiş baş müşaviri Cared Kuşner bu gün Misirə səfər edəcəklər.
Bu barədə Ağ Evin nümayəndəsinə istinadən "Axios" məlumat yayıb.
"Stiv Uitkoff və Cared Kuşner bu gün Misirə gedəcəklər ki, girovların azad edilməsi prosesinin texniki detalları və davamlı sülh sazişinin müzakirəsini tamamlasınlar", - deyə o yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.