AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda narkotikləri evakuatorla daşımağa çalışan şəxslər həbs olunub

  • + A
  • - A
  • Bu gün, 11:59

    Masallıda narkotikləri evakuatorla daşımağa çalışan şəxslər həbs olunub

    Polis diqqət çəkməmək üçün narkotikləri evakuatorla daşımağa cəhd göstərən şəxsləri Masallı rayonunda ifşa edib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər - 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər. Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər.

    Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşları hər iki şəxsi saxlayıb.

    Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR