Fransa polisi oktyabrın 25-də axşam saatlarında Parisdəki Luvr muzeyində soyğunçuluq işi üzrə iki şübhəlini saxlayıb.
Bu barədə "Le Figaro" qəzeti xəbər yayıb.
İlkin məlumata görə, şübhəlilərdən biri Parisin Ruasi-Şarl de Qoll hava limanından təyyarə ilə Əlcəzairə uçmağa cəhd edərkən saxlanılıb.
Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyindən Napoleon və imperatriça Jozefina kolleksiyalarından zinət əşyaları oğurlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.