AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Heydər bulağı" dağılır, başçı dövlətin pullarını öz obyektinə xərcləyir - FOTO

  • + A
  • - A
  • 11-03-2017, 10:59

    "Heydər bulağı" dağılır, başçı dövlətin pullarını öz obyektinə xərcləyir - FOTO












    Mövcud qanunlarımız məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma hazırda ölkənin ən biznesmenləri məhz məmurlardır.

    Yüksək rütbəli məmurlarla yanaşı, özlərini "kiçik padişahlar" hesab edən icra başçıları da artıq oliqarxa çevrilib, böyük biznes şəbəkəsini və milyonlarla pulu idarə edirlər. Qanunların tələblərini yerinə yetirməyən bəzi icra başçıları bizensini günü-gündən genişləndirərək böyük şəbəkə qurublar.

    Belələrindən biri də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir. Rayondan "Qaynar"a verilən məlumata görə, icra başçısı bu günlərdə şəxsi biznes şəbəkəsini bir az da genişləndirib.

    Qeyd edək ki, Nizaməddin Quliyevin rayonda "Dost qapısı" restoranı, Lale şadlıq sarayı, özəl uşaq bağçası, ticarət mərkəzi, avtovağzalı, rayonun mərkəzində və Ağcakənd qəsəbəsində göz oxşayan villaları, nar bağları və s. kimi sərvəti var.

    Bu günlərdə isə icra başçısının "Qala" marketi fəaliyyətə başlayıb. Goranboydan verilən məlumata görə, Nizaməddin Quliyev rayonun ən böyük marketi hesab olunan "Qala"nı Rəşid adlı şəxsdən satın alaraq öz ticarət şəbəkəsinə əlavə edib.

    Başçı dərhal rayonun idarə və müəssisələrinə, xüsusən də komunal təsərrüfat idarəsinə mraketin qarşısında abadlıq işləri aparmağı tapşırıb. Nizaməddin Quliyev marketin ətrafındakı dəmir hasarları sökdürərək dövlət büdcəsindən ayrılan pullarla daş hasar çəkdirir.

    Sakinlər bildirir ki, rayonun mərkəzi küçələri xarabalığı xatırladır, amma başçı şəxsi obyektini dövlət büdəcəsi hesabına abadlaşdırır.

    Daha bir biabırçılıq isə Heydər Əliyevin adını daşıyan bulaqla bağlıdır. Bizə təqdim olunan şəkildən də görünür ki, şəhərin mərkəzində inşa olunmuş bulaq baxımsızlıq ucbatından sökülüb-dağılmaq üzrədir. Amma Nizaməddin Quliyev hər gün dördüyü bulağın ətrafını abadlaşdırmaq haqqında düşünmür, əvəzində dövlətin hesabına öz obyektini bəzəyir.

    Goranboyla bağlı aldığımız digər məlumata görə, icra başçısı Ağcakənd qəsəbəsində 1,5 hektar torpaq sahəsini qeyri-qanuni yollarla bir nəfərin adına özəlləşdirib. İndi həmin ərazinin H sotu emçinin icra başçisi aqcakend min manata satılır. Halbuki, bu ərazi ev yeri kimi vətəndaşlara paylanmalı idi.

    "Qaynar"a məlumat verən mənbə bildirir ki, ötən həftə rayonun 150 sakinin adı yeni yaradılmış tikinti şirkətinə fəhlə kimi yazılıb. Amma rayonda faktiki olaraq heç bir tikinti işi aparılmır. Həmin şirkətin rayonun Goranlı kəndinin icra nümayəndəsinin oğlunun adına rəsmiləşdirildiyi bildirilir. Məqsəd isə dövlət büdcəsindən külli miqdarda pul mənimsəməkdir.


    "Heydər bulağı" dağılır, başçı dövlətin pullarını öz obyektinə xərcləyir - FOTO
    "Heydər bulağı" dağılır, başçı dövlətin pullarını öz obyektinə xərcləyir - FOTO
    "Heydər bulağı" dağılır, başçı dövlətin pullarını öz obyektinə xərcləyir - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR